BŞİH-dən cırılan bayraqla bağlı AÇIQLAMA gəldi: - "Qeyri-adi bir hal deyil..."

18-10-2017, 12:23           
BŞİH-dən cırılan bayraqla bağlı AÇIQLAMA gəldi: - "Qeyri-adi bir hal deyil..."
Xəbər veriyimiz kimi Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.

Məsələ ilə bağlı BiG.AZ-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bunun qeyri-adi bir hal olmadığını və bu problemin aradan qaldırılacağını bildirdi: "Bakı küləklər şəhəridir, küləyin də bayrağı cırması qeyri-adi bir hal deyil. Külək dayandıqdan sonra problem aradan qaldırılacaq, bayraq yenisi ilə əvəzlənəcək. Kimlərsə bu məsələni məqsədyönlü şəkildə Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə yönəldir, bunu şouya çevirirlər".

Xatırladaq ki, bayrağın cırılması ilə bağlı videomaterialı Baku.Ws saytı yayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.