Tacirin qardaşı bu gün dəfn olunacaq

3-08-2015, 10:40           
Tacirin qardaşı bu gün dəfn olunacaq
Müğənni Tacir Şahmalıoğlunun bir neçə gün əvvəl dənizdə batan qardaşının cəsədi dünən tapılıb.

Dia.az axşam.az-a istinadən xəbər verir ki, 36 yaşlı Mahir Allahverdiyevin dəfn mərasimi bu gün baş tutacaq.

Mərhumun nəşi saat 11:00-da Yeni Yasamaldakı evindən götürüləcək.

Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru