Sarsaq rus milyoneri : "Moskva aeroportunda peyda olan kimi qandallayacaqlar."
3-08-2015, 19:10
Qalmaqallı rusiyalı milyonçu German Sterliqov növbəti dəfə açıqlama verib. Modern.az saytı xəbər verir ki, Sterliqov sosial şəbəkədəki şəxsi səhifəsində Azərbaycanın sorğusu ilə İnterpol xətti ilə axtarışa verilməsinə görə Dağlıq Qarabağı tərk edə bilməməsindən şikayətlənib.
“Ailəm üçün təhlükə sovuşduğuna görə arvadımı və uşaqlarımı Moskvaya, evimizə göndərdim. Yeri gəlmişən, yaxınlarda Moskvada bizim pendir sexinin açılışı olacaq. Mən orda olmağımı çox istəyirəm. Amma İnterpol məni xəbərdar edib ki, Moskva aeroportunda peyda olan kimi qandallayacaqlar.
Əlbəttə, xarici dövlət struktrunun (İnterpola axtarışa məni “Qarabağ qədim erməni torpağıdır” dediyim üçün Azərbaycan verib) Rusiya ərazisində yerli vətəndaşı həbs edə bilməsi təəssüfləndirici haldır”.
İyulun 4-də Azərbaycanın işğal olnmuş Dağlıq Qarabağ ərazisinə köçən Sterliqov Azərbaycan Baş Prokurorluğu tərəfindən 2 cinayət maddəsi üzrə beynəlxalq axtarışa verilib.