Daha iki nəfər boğuldu

4-08-2015, 19:07           
Daha iki nəfər boğuldu
Ötən gün Azərbaycanda daha iki nəfər boğularaq ölüb.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avqustun 3-də Səbail ərazisindəki Bibiheybət çimərliyində Bakı sakini Kamran Rəhimli dənizdə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.

***

Oxşar hadisə Bərdədə baş verib.

Avqustun 3-də rayonun Nazırlı kənd sakini Nicat Həsənov kəndin ərazisindəki göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.