Dünən dəniz altı can aldı

5-08-2015, 10:45           
Dünən dəniz altı can aldı
İyulun 4-ü Azərbaycanda ən çox sayda insanın suda boğulması faktı ilə yadda qalıb.

Tia.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, dünən 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlu və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğluSumqayıt sahillərində dənizdə batıblar. E.Həmidovun və A.Tanrıverdiyevin meyiti “Corat” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlu Pirşağı çimərliyi yaxınlığında sulara qərq olub.
1997-ci təvəllüdlü Akın Ərbi isə Qaradağ rayonunda çimərlik olmayan ərazidə suda boğulub. A.Ərbinin cəsədi “Qaradağ-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Quba rayonunun Ərməki kənd sakini 18 yaşlı Elvin Kərimov Xəzər dənizinin Xaçmaz rayonu, Niyazabad kəndi ərazisində batıb.
1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızı Bakının Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) batıb. L.Bədəlovanın cəsədi “Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru