Oğuzda iki uşaq atası özünü güllələdi

5-08-2015, 10:47           
Oğuzda iki uşaq atası özünü güllələdi
Oğuz sakini özünü güllələyərək intihar edib.

Rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə avqustun 4-ü səhər saatlarında rayonun Baş Daşağıl kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Məmməd Nurəli oğlu Rəsulov hələlik istintaqa məlum olmayan səbəbdən yaşadığı ünvanda təklülə ov tüfəngini çənəsinin altına dirəyərək atəş açmaqla intihar edib. Aldığı güllə yarasından ağır vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Məmməd Rəsulovun həyatını xilas etmək mümkün olmayıb.
Məmməd Rəsulov xəstəxanada keçinib. Məlumatda bildirilir ki, mərhum evli və iki övlad atası olub.
Faktla bağlı Oğuz Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru