İnterpolun axtarışında olan şəxs də namizəd olacaq
5-08-2015, 11:00
Riyad Əliyev parlament seçkilərində iştirak üçün MSK-ya müraciət etməyə hazırlaşır
Bir müddət əvvəl İnterpol tərəfindən axtarışa verilmiş Riyad Əliyev də deputatlığa namizəd olacaq. Bu barədə JAM.AZ-a onun özü məlumat verib.
Riyad Əliyev bildirir ki, bununla əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasına müraciət etməyi düşünür. Onun sözlərinə görə, namizədliyini Göyçay rayonundakı seçki dairələrindən birindən irəli sürəcək. «Əgər qəbul etməsələr bu barədə Avropa Məhkəməsinə müraciət edərək, konstitusion hüquqlarımı müdafiə edəcəm».
Xatırladaq ki, Riyad Əliyevin adı xeyli müddətdir Təfəkkür Universiteti ilə birgə hallanır. Onun özünün dediyinə görə, hazırkı rektor Müşfiq Atakişiyevlə şərik olublar və özü isə universitetin Kiyev filialına rəhbərlik edib. Bu filialın qurulmasında məqsəd isə tələbə köçürmələrini həyata keçirmək olub.