Deputatın qardaşı oğlu “Bandotdel”ə aparılıb

5-08-2015, 12:53           
Deputatın qardaşı oğlu “Bandotdel”ə aparılıb
"Bir neçə gün əvvəl qardaşım Dilavərin (Əliyev) oğlu Bəhruzu işlədiyi kafedən 7-8 polis tutub Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (Bandotdel) aparıblar".

Bu barədə VHP sədri "Qafqazinfo"ya müsahibəsində bildirib. O qeyd edib ki, qardaşı oğlunu 3 gün sonra buraxıblar.
Qeyd edək ki, Sabir Rüstəmxanlının qardaşı Dilavər Əliyev polis mayorudur. Hazırda Bakı Şəhər Yol Polisi İdarəsində işləyir, bundan əvvəl isə Yardımlı və Ağcabədi rayonlarında yol polisi şöbəsinin rəisi vəzifəsində çalışıb.
Millət vəkili bildirib ki, qardaşı oğluna qarşı bu cür münasibət Almaniyaya mühacirət etmiş digər qardaşı Əlövsət Əliyevlə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru