Qobustanda “Kamaz” "Opel"-i vurdu- 1 ölü , 1 yaralı

5-08-2015, 16:01           
Qobustanda “Kamaz” "Opel"-i vurdu- 1 ölü , 1 yaralı
Qaradağ rayonununda ölümlə nəticələnən yol qəzası baş verib. Qobustan qəsəbəsində qeydə alınan qəza zamanı 1 nəfər ölüb, 1 nəfər yaralı halda xəstəxanaya aparılıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən teref.azya verilən məlumata görə, Qaradağ rayonunun Qobustan qəsəbəsində Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “Kamaz” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub. Daha sonra idarəetməni itirən “Kamaz” sürücüsü avtomobili ilə yolun kənarında dayanan Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə çırpılıb. Sürətini azalda biməyən avtomobil sonra isə yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib. Nəticədə M.Abbasov hadisə yerində ölüb.

“Kamaz”ın sürücüsü S.Xalidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru