7 ayın əsgəri şəhid oldu

5-08-2015, 20:43           
7 ayın əsgəri şəhid oldu
Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.

Bu barədə modern.az saytına şəhid əsgərin qohumları məlumat veriblər.

Bildiriblər ki, Tural Nuriyev əsgəri borcunu yerinə yetirərkən düşmənin açdığı atəş nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

Hadisə iyulun 31-də baş verib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, Cəlilabad rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhid Tural Nuriyev Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı “N” saylı hərbi hissəsində 7 ay idi xidmət edirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru