Azərbaycan prezidenti “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayırıb - SƏRƏNCAM

5-08-2015, 21:27           
Azərbaycan prezidenti “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayırıb - SƏRƏNCAM
Azərbaycan prezidenti İlham Əliyev ölkədə dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

teref.aznun məlumatına görə, Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Prezidentin ehtiyat fondundan “Dini mədəniyyətin inkişafı” fonduna 3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru