Fəhmin Hacıyev ölümdən döndü - Foto

5-08-2015, 23:02           

Azərbaycanın Daxili Qoşunlarının sabiq komandanı, tanınmış siyasətçi Fəhmin Hacıyev infark keçirib. Bu barədə musavat.com-a hazırda Ukraynada olan müxbirimiz Aygün Muradxanlı bilgi verib. O yazır ki, başa şəhərlərdə olsalar da (A. Murdxanlı Lvovda, Fəhmin Hacıyevsə Kiyevdədirlər), F. Hacıyevin qəfil xəstələnməsi xəbərini ala bilib.

A. Muradxanlı yazır ki, F.Hacıyevlə 2 gün öncə Kiyevdə görüşərkən onun durumu yaxşı idi, infark qəfildən baş verib, dünən bütün gecəni həkimlər çalışıb ki, sabiq komandan komaya düşməsin. Hazırda F. Hacıyevin vəziyyəti həkimlər tərəfindən stabil ağır kimi qiymətləndirilir.


Müxbirimiz F. Hacıyevin dostları tərəfindən çəkilən son fotosunu da musavat.com-a yollayıb.

"Yeni Müsavat" Media Qrupu Azərbaycanın dəyərli övladı Fəhmin Hacıyevə şəfa diləyir.


Fəhmin Hacıyev reanimasiyada. 5 avqust 2015, Kiyev
Tanrı şəfa versin!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru