Xəzər daha iki can aldı
6-08-2015, 10:35
Xəzər dənizində iki nəfər batıb.
APA-nın məlumatına görə, hadisə Fatmayi qəsəbəsi ərazisində baş verib.
Batan şəxslərin axtarışlarına FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
Batan gənclərdən biri Gəncə şəhərində anadan olan və Bakıda məskunlaşan 17 yaşlı Qurbanov Namiq Nüsrət oğludur. Batan digər gənc isə
26 yaşlı Anar Mehdiyevdir. Onun həkim işlədiyi bildirilir.
İlkin məlumata görə, 17 yaşlı Namiq Qurbanov və 26 yaşlı Anar Mehdiyev birlikdə olmayıblar və ayrı-ayrılıqda Xəzərin nəzarət olunmayan hissəsində üzməyə gediblər. Onlar dənizdə olarkən külək başlasa da, Namiq Qurbanov və Anar Mehdiyev üzməyə davam ediblər. Nəticədə hər iki şəxs dənizdə batıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Müraciətdə nazirlik əhalini təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb. Bu qaydalardan biri də küləkli havada dənizə girməməkdir