Avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində doğuş zamanı ana ölümü baş verib.
Doğum Evindən APA-ya verilən xəbərə görə, ölən qadın Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızıdır. Doğum Evindən ölümün səbəbini açıqlamayıblar. Hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.