Azərbaycan vətəndaşı Rusiyadan keçib Fransaya qaçmaq istədi

8-08-2015, 13:24           
Azərbaycan vətəndaşı Rusiyadan keçib Fransaya qaçmaq istədi
Rusiyanın Kalininqrad vilayətində Polşa ilə sərhəddə Rusiya Federasiyasının sərhədindən Fransaya keçməyə cəhd edən Azərbaycan vətəndaşı saxlanılıb.

Ruisya KİV-ləri xəbər verir ki, 32 yaşlı azərbaycanlı Baqrationovski rayonunun Şirokoe kəndində saxlanılıb. O, sərhəd yaxınlığında olmasını ətrafı müşahidə etməsi ilə izah edib.
“Amma Moskvada ticarət şirkətlərinin birində çalışan kişinin şəxsi əşyalarına baxış zamanı onun dövlət sərhədini keçməyə hazırlaşdığı aşkar görünüb” - deyə Kalininqrad vilayəti üzrə Rusiya FTX-nin sərhəd idarəsinin mətbuat xidmətindən bildiriblər.
Avropa valyutasından başqa onun üzərində RF və MDB avtomobil yollarının atlası, bir neçə kiçik bıçaq, mobil telefon və rus-fransız danışıq lüğəti olub.
Heç bir müvafiq icazə sənədi olmadan sərhəd zonasında olmasına görə Azərbaycan vətəndaşının Rusiya qanunvericiliyinə əsasən məsuliyyətə cəlb edilməsi məsələsinə baxılır (oxu.az).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.