İki azyaşlı uşağı olan ata özünü asdı

14-08-2015, 20:36           
İki azyaşlı uşağı olan ata özünü asdı
Bu gün səhər paytaxtın Suraxanı rayonunda intihar baş verib. Hövsan qəsəbə sakini özünü asaraq öldürüb.

Suraxanı rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, 1977-ci il təvəllüdlü Hövsan sakini Zaur Hüseynağa oğlu Muradov özünü yaşadığı evin həyətindəki yarımtikilidən asıb.

Hadisəyə Zaur Muradovun psixi problemlərinin olması göstərilir.

Özünü öldürən şəxs Məştağa ruhi əsəb dispanserində qeydiyyatda olub.

Z. Muradov iki azyaşlı uşaq atasıdır.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.