Azərbaycanda 3 nəfər silahlı şəxs evə soxuldu

15-04-2015, 23:11           
Azərbaycanda 3 nəfər silahlı şəxs evə soxuldu
Evə girən silahlılar bir nəfəri bıçaqlayıblar
Bərdənin Türkmən kəndində naməlum şəxslər evə basqın edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saatlarında baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü Çingiz Əli oğlu Əliyevin yaşadığı evə 3 nəfər naməlum şəxslər basqın edərək, ondan pul və qızıl zinət əşyaları tələb ediblər. Ev sahibi basqın edən şəxslərin istəyini yerinə yetirməyincə soyğunçular ev sahibini bıçaqla yaralayıblar.

Basqın edən şəxslər 50 yaşlı Çingiz Əliyevə baş və belinə bıçaqla bir neçə zərbə vurublar.

Yaralı yaxınlarının köməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti ağırdır.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Hadisə zamanı evə basqın edən naməlum şəxslərin biri gödəkcəsi və cinayətdə istifadə edilən bıçağı hadisə yerində qoyaraq qaçıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.