Bakıda 27000 manata mobil telefon nömrəsi satılır

20-08-2015, 20:59           
Bakıda 27000 manata mobil telefon nömrəsi satılır
Azərbaycanda 27 000 manata (050) 966 66 66 bahalı, “zerkalnı”, yəni ardıcıl, qoşa, yaxud eyni rəqəmlərin düzüldüyü olan nömrə satılır.

Bu barədə elan disput.az saytında yerləşdirilib. Elanı yerləşdirən Fexri_94 adlı istifadəçi qeyd edir ki, nömrəni ayda 300 manata icarəyə də verir.

Qeyd edək ki, Azərbaycan cəmiyyətində nömrələrin “zerkalnı” olması bir çoxlarının sevimli müzakirə mövzularından biridir. Daha yaxşı yadda qaldığına görə belə nömrələrə maraq böyük olur.

Lakin belə SİM kartların qiyməti daha baha olur. Adətən belə nömrələri iş adamları, siyasətçilər, yüksək səviyyəli rəsmilər, digər fəaliyyət sahələrinin nümayəndələri imicini qorumaq üçün alırlar.

Xatırladaq ki, bir müddət öncə ölkəmizdə hətta 90 min manata (050) 555-55-55 nömrəsi satışa çıxarılmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.