Ağcabədidə ata oğlunu bıçaqlayıb

22-08-2015, 12:24           
Ağcabədidə ata oğlunu bıçaqlayıb
Ağcabədi rayonunda ata oğlunu bıçaqlayıb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Ağcabədi şəhəri, Babək küçəsi ev 11-də baş verib. Ailə münaqişəsi zəminində 1958-ci il təvəllüdlü Niyazi Ağayev 1989-cu il təvəllüdlü oğlu Fərhad Ağayevə iki bıçaq zərbəsi vurub. Qarın nahiyəsinin sol tərəfindən yaralanan F.Ağayev xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru