20 yaşlı azərbaycanlı qız Rusiyada oğurlandı

23-08-2015, 19:41           
20 yaşlı azərbaycanlı qız Rusiyada oğurlandı
Rusiyanın Nevski rayonunda əslən Azərbaycandan olan qızın oğurlanması faktı ilə bağlı işə baxılır.

Report Rusiya mətbuatına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, 20 yaşlı qız azərbaycanlı nişanlısı tərəfindən qaçırılıb.

Məlumata görə, ötən gün səhər saatlarında mağazada kassir işləyən 41 yaşlı qadın polisə müraciət edib.

Azərbaycanlı qadın bildirib ki, avqustun 22-si saat 21:30-da Narodnı küçəsində yerləşən 14 saylı evin qarşısında üç nəfər onun 20 yaşlı qızını zorla Leninqrad nömrəli "VAZ-2114" markalı avtomobilə mindirərək naməlum istiqamətdə aparıb.

Qızın anası hesab edir ki, onun qızını Moskva sakini olan 24 yaşlı nişanlısı qaçırıb. Məlum olub ki, maşın onun Azərbaycandan gələn hansısa dostunun adına qeydiyyatdadır.

Oğurluq faktı üzrə araşdırma aparılır, iş üzrə materillar İstintaq Komitəsinə təhvil verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru