Səfirin həyat yoldaşı yol qəzasına düşdü

24-08-2015, 09:56           
Səfirin həyat yoldaşı yol qəzasına düşdü
Çexiyanın Azərbaycandakı səfirinin həyat yoldaşı Bakının Nərimanov rayonu ərazisində yol qəzasına düşüb. Bu barədə Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə Təbriz küçəsində baş verib.

Belə ki, səfirin həyat yoldaşı 39 yaşlı Monika Pivonkanın olduğu “Mercedes” markalı avtomobil “Nissan” markalı maşınla toqquşub

M.Pivankonun olduğu avtomobil səfirliyə məxsusdur.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobil əzilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru