Almaniyada “Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynovun səhhəti pisləşib. Axşam.az-ın məlumatına görə, o bu haqda İnstaqram səhifəsində yazıb.
Aparıcı hətta dostları ilə vidalaşdığını da vurğulayıb: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım. Bakıdan, Almaniyadan, Avstraliyadan, Belçikadan, Fransadan, Hollandiyadan, İsveçdən və uzaq Rusiyadan gələn, vaxt tapıb məni ziyarət edən dostlarıma çox minnətdaram”.
Qeyd edək ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub.