Modern "qanuni oğru" həbs edildi
26-08-2015, 19:48
Kriminal aləmdə Surik Andijanski kimi tanınan Suren Tavadov Rusiyada həbs edilib. ANS PRESS-in məlumatına görə, DİN əməkdaşları 39 yaşlı "qanuni oğrunu" Moskvada saxlayıblar. Saxlanılarkən üzərində narkotik vasitə aşkarlanıb. Bundan əlavə, o, daha ağır cinayət işlərində, o cümlədən qətl törətməkdə şübhəli bilinir.
Andijanlı Suren Tavadova "qanuni oğru" titulu 2004-cü ilin axırı - 2005-ci ilin əvvəlində şəxsən Ded Hasan tərəfindən verilib. Digər "qanuni oğrulardan" fərqli olaraq Surik imkanlı ailədə böyüyüb. Onun ailəsi Özbəkistan elitasına məxsusdur. Atasının var-dövləti hesabına o, özünə hər bir şərait yaradıb. Heç bir kriminal isdedada malik olmayıb və küçələrdə çörək pulu qazanmağa məcbur qalmayıb. Bundan belə nəticə çıxarmaq olar ki, "oğru tacına" sahiblənmək onun növbəti istəyi olub.
Ded Hasanın sağlığında Tavadov onun himayəsində idi, lakin indi onu bu tituldan məhrum etmək istəyənlər peyda olub. Surik indiyədək heç bir oğru hərəkatlarında iştirak etməyib, "sxodkalarda" görünməyib, kriminal aləmin həyat tərzinə heç bir maraq göstərməyib və hətta özünün "qanuni oğru" titulundan istifadə etməyib.
Cah-cəlal içində yaşamış biri üçün əlbəttə ki, həbsxana şərtləri nə tab gətirmək, üstəlik də ölüm işi üzrə həbs olunan biri üçün çətin sınaq olacaq. Surik indi ən əsası öz titulunu qorumalı və bu titula layiq olduğunu həbsxana ictimaiyyətinin gözündə sübut etməlidir.