Azərbaycan sərhədini pozan Suriya vətəndaşı saxlanıldı (FOTOLAR)

8-03-2018, 14:15           

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Tendensiya.com-a verilən məlumata görə, martın 7-də Lənkəran sərhəd dəstəsinin Astara şəhəri yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən nəzarət-iz zolağında İran İslam Respublikası əra­zi­sindən Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin ayaq izləri aşkar olunub.

Təxirəsalınmaz sərhəd axtarışı tədbirləri nəticəsində sərhəd po­zu­cusu Astara-Ər­çivan magistral yolunda yanacaq-doldurma mən­tə­qəsinin yaxınlı­ğın­da saxlanılmış, 1990-cı il təvəl­lüdlü Suriya vətən­da­şı Tahir Əli Əbdülsalam oğ­lu olması müəyyən­ləşdirilib.

Sərhəd pozucusunun üzərindən 2 ədəd özünə məxsus Suriya vətəndaşının pasportu, 2 ədəd qovluqda Azərbaycan Respubli­ka­sı­nın, Rusiya Federasiyasının və Belarusiyanın xəritələri, 1 ədəd dini ki­­tab, 578 ABŞ dolları, 1300 avro, 170000 İİR rialı aşkar olunmuşdur.

Fakt üzrə Azərbaycan Respublikasının Cina­yət Məcəlləsinin mü­vafiq maddəsi ilə cinayət işləri başlanılmış­dır, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru