Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb

23-03-2018, 10:46           
Bakıda orta yaşlı kişi qardaşı tərəfindən döyülərək ağır xəsarət alıb
Paytaxtın Sabunçu rayonu ərazisində dava zamanı bir nəfər ağır xəsarət alıb.

"Report"un xəbərinə görə, hadisə Maştağa qəsəbəsində baş verib.

Yaşadığı evdə olarkən, 1969-cu il təvəllüdlü Dadaşov Aydın İbrahim oğlu qardaşı ilə mübahisə edib. Nəticədə qardaşı onu döyüb.

Ağır xəsarət alan şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru