Bacısının ərinin başını kəsdi

23-03-2018, 16:45           

Qobustan rayonunda ailə münaqişəsi qanla nəticələnib.

teref.az-nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Sədəf kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ziya Əmirov ailə münaqişəsi zamanı həyat yoldaşı, 1986-cı il təvəllüdlü Əmirova Hüsniyə Qalib qızını döyüb. Hüsniyə Əmirova əsəbiləşərək evdə olan bir neçə dərman preparatını içib və zəhərlənib. Halı pisləşən qadın təcili yardım stansiyasının avtomobili ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

H. Əmirovanın qardaşı bacısının döyülməsinə və özünü zəhərləməsinə görə yeznəsi Ziya Əmirovla mübahisə edib və şiferlə onun başına ağır xəsarət yetirib. Z. Əmirov başın təpə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Qobustan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Qobustan rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru