Azərbaycan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərib

31-03-2018, 10:08           
Azərbaycan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərib
Azərbaycandan Rusiyanın Kemerovo şəhərində "Qış albalısı" ("Zimnaya vişnya") ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş şəxslərin ailələrinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə toplanmış 1,8 tona yaxın humanitar yardım göndərilib.

“Report” xəbər verir ki, bu barədə TASS-a Kemerovo vilayət administrasiyasından məlumat verilib.

"1,8 tona yaxın yardım toplanıb. Bu, əsasən qida məhsullarıdır", - deyə agentliyin həmsöhbəti bildirib.

Ticarət mərkəzində baş vermiş yanğın nəticəsində uşaqlar da daxil olmaqla, 64 nəfər faciəvi şəkildə ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru