Fazil Məmmədov infarkt olub? - ÖZÜ DANIŞDI

6-04-2018, 16:02           
Fazil Məmmədov infarkt olub? - ÖZÜ DANIŞDI
Sabiq vergilər naziri Fazil Məmmədov infarkt keçirməsi və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

teref.az xəbər xəbər verir ki, bizimyolinfo-ya açıqlama verən nazir məlumatın yalan olduğunu bidirib. "Bunlar əsassız, yalan, uydurma məlumatdır. Mən infarkt keçirməmişəm. Səhhətim normaldır. Belə məlumatlar hardan, kim tərəfindən ötürülür, bilmirəm. Bununla neçənci dəfədir haqqımda yalan informasiya yayılır, bəsdirin artıq”.

Qeyd edək ki, yayılan xəbərlərdə bildirilirdi ki, sabiq nazirin qəfildən ürəyi tutub və o Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru