Rusiya sərhədində yaşayanlar qorxuya düşdü - Həyəcan

7-04-2018, 08:59           

Norveçin Rusiya ilə sərhəddə yerləşən Vadse şəhərinin sakinləri uzun müddət eşidilən həyəcan siqnalından dolayı müharibənin başladığını zənn ediblər.

Axar.az RİA-ya istinadən xəbər verir ki, həyəcan siqnalı yerli vaxtla 23:50-də səslənməyə başlayıb və 4 saat davam edib.

Şəhərin bir çox sakini qonşu Rusiyada hansısa olayın baş verdiyini, digərləri isə Rusiya ordusunun hücuma keçdiyini zənn edib.

Məlumata görə, polis şəhərin müdafiə mərkəzi ilə əlaqə yaratsa da, həyəcan siqnalının hansı səbəbdən işə düşməsini müəyyən edə bilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru