Bakıda orta yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb

12-04-2018, 07:16           
Bakıda orta yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb
Bakıda orta yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək bıçaqlanıb.

"Report"un məlumatına görə, 40 yaşlı Həsənov Ramin Həsən oğlu Naxçıvan şəhərində olarkən onunla tanıdığı şəxslər arasında mübahisə yaranıb.

O, Bakıya qayıtdıqdan sonra paytaxtın Nizami rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində həmin şəxslərlə (2 nəfər-red) mübahisəsini davam etdirib. Mübahisəyə Naxçıvandan gələn daha iki nəfər qoşulub. Nəticədə həmin şəxslər R.Həsənovu döyərək, onun başına xəsarətlər yetiriblər. Dava zamanı habelə onun sol ayaq sümüyü sındırılıb, sağ baldırı bıçaqlanıb.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru