Rusiya bu sürücünü axtarır – Azarkeşə “atıb”

14-06-2018, 11:59           
Rusiya bu sürücünü axtarır – Azarkeşə “atıb”
Rusiya hüquq-mühafizə orqanları bir taksi sürücüsü üçün axtarış elan ediblər.Buna səbəb onun meksikalı bir azarkeşdən 2 kilometrlik yol üçün 6 min rubl almasıdır.

Polis bununla bağlı artıq bəyanat da yayıb. Bəyanatda bildirilir:

“Sankt-Peterburq şəhərinə giriş vizası olan bir meksikalı fanat taksi sürücüsündən şikayət edib. 8 iyun axşam saatlarında BMW markalı bir avtomobilin sürücüsü onu Saray Meydanından Nevski prospektə qədər gətirib. Bunun üçün ondan 7 min rubl istəyib. Lakin qadın etiraz edərək ona 6 min rubl verib”.

Bildirilir ki, avtomobilin sakini Qatçina sakinidir. Hazırda onun yeri və ad, soyadı araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru