Ucarda QƏTL: 57 yaşlı kişi bıçaqlanaraq öldürüldü

17-06-2018, 21:08           

Ucar sakini bıçaqlanaraq öldürülüb.

Hadisə rayonun Pirkənd kəndi ərazisində qeydə alınıb.

Ucar rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R. Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.

Hadisəni törədən F. Qədirov tutularaq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru