12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: - “Nə ayaqqabısı var, nə də paltarı...”

18-06-2018, 13:49           
12 yaşlı uşağın Kürdə batmasının təfərrüatı: - “Nə ayaqqabısı var, nə də paltarı...”
Zərdab rayonunda 13 yaşlı uşağın kür çayında batmasının bəzi təfərrüatı məlum olub.

Rayonun Bıçaqçı kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Kənan Səmədov iyunun 17-də saat 16:00 radələrində batıb: “Kənan qayalıq bir yedə batıb. Sahildə onun nə ayaqqabısı var, nə də paltarı. Kənanı axtaranda velosipedini tapdıq. Bizə də müəmmalı gələn odur ki, bəs onun ayaqqabısı hanı? Onlar ailədə 3 uşaqdı. Atası din xadimidir”.

Qeyd edək ki, Kür çayının Zərdab rayonunun Bıçaqçı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Səmədov Kənan Cabir oğlunun batdığı ehtimal olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru