Bakıya gələn maşınlar Gürcüstan sərhədində qaldı

4-07-2018, 09:10           
Bakıya gələn maşınlar Gürcüstan sərhədində qaldı
Gürcüstan-Rusiya sərhədindəki “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində 2000-dək yük avtomobili dayanıb.

Report xəbər verir ki, yük avtomobillərinin böyük əksəriyyəti Ermənistana məxsusdur.

Bununla yanaşı, sərhəd-keçid məntəqəsində Azərbaycan, Türkiyə və İrana gedən yük avtomobilləri də var.

Departamentin məlumatına görə, sərhəd keçid məntəqəsində məhdudiyyətlər Rusiya tərəfindən tətbiq edilir. Məntəqədən 24 saat ərzində 500 yük maşını buraxıla bilər. Lakin, təqribən 250 maşın buraxılır. Rusiya tərəfi əsasən, minik avtomobillərinə xidmət göstərir. Bu da müəyyən problemlər, tıxaclar yaradıb.

Yük avtomobillərində əsasən, kənd təsərrüfatı və ərzaq məhsulları var.

Hazırda məntəqədə avtomobillərin buraxılışının sürətləndirilməsi ilə əlaqədar Rusiya tərəfi ilə danışıqlar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.