Hindistanda insanla heyvan arasında fərq qalmadı

6-07-2018, 09:06           
Hindistanda insanla heyvan arasında fərq qalmadı
Hindistanın Uttrakhand ştatında insanların malik olduqları bütün hüquqlar heyvanlara da şamil olunacaq.
Kivnews.com “The Telegraph”a istinadla xəbər verir ki, müvafiq qərar ştatın Ali Məhkəməsi tərəfindən qəbul edilib və indi Milli Ali Məhkəmə tərəfindən ratifikasiya olunmalıdır.

Bu addım brakonyerlərin və ətraf mühitin çirklənməsinin qarşısını almağa yönəlib.
Məhkəmədən bildiriblər ki, “bütün heyvanlar, o cümlədən balıqlar və quşlar hüquqi şəxs elan edilirlər”.

Qeyd edək ki, Hindistanda “hüquqi şəxs” anlayışı şirkətlərə, həddi-buluğa çatmayanlara və mental pozuntulara malik insanlara şamil olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.