Evi əmisi oğluna verib getdi – qayıdanda dəhşətli hadisə ilə qarşılaşdı

28-07-2018, 09:57           
Evi əmisi oğluna verib getdi – qayıdanda dəhşətli hadisə ilə qarşılaşdı
Bakıda mənzildən meyit tapılıb. Lent.az xəbər verir ki, Səbail rayonu Aqil Quliyev küçəsi 4 ünvanında 1961-ci il təvəllüdlü Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Ələkbərov Əkbər Yadulla oğlunun meyiti tapılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, həmin ev vəfat etmiş şəxsin əmisi oğlu Çingiz Ələkbərovun kirayədə yaşadığı evdir. İyulun 12-də ev sahibi mənzilini əmisi oğluna təhvil verərək rayona gedib. O, geri qayıdanda əmisi oğlunun meyitini aşkarlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Ə.Ələkbərovun ölüm səbəbinin müəyyən edilməsi istiqamətində iş aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru