XUDAT SAKİNİNİN EVİNDƏN MARİXUANA AŞKARLANDI

1-08-2018, 19:34           
XUDAT SAKİNİNİN EVİNDƏN MARİXUANA AŞKARLANDI
DİN-nin mətbuat xidmətin Teref.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları və qurudulmuş marixuana aşkar edilərək götürülüb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, iyulun 31-də Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xudat şəhər sakini T.Sultanovaya məxsuz evdən və həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkisi və qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə evdən ümumi çəkisi 405 qram olan qurudulmuş marixuana və həyətyanı sahədən hündürlüyü 180 sm olan 1 ədəd çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Faktla bağlı Rayon Polis Şöbəsində araşdırmalar aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.