Bakıda yaşlı qadın beşbarmaqla döyülərək qarət olunub

9-08-2018, 07:26           
Bakıda yaşlı qadın beşbarmaqla döyülərək qarət olunub
Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1969-cu il təvəllüdlü Osmatova Nəsibə Şah İsmayıl qızı "Memar Əcəmi" metrostansiyası istiqamətində gedərkən Cavadxan küçəsi, 29 ünvanında tanımadığı şəxsin hücumuna məruz qalıb.

Naməlum şəxs əvvəlcə qadının üz nahiyəsinə soyuq silah hesab edilən beşbarmaqla zərbə vurub. Daha sonra o, N.Osmatovanın əl çantasını götürərək hadisə yerindən qaçıb.

Ağır xəsarət alan yaşlı qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə cəlb edilib.

Quldurluq etməkdə şübhəli bilinən şəxsin axtarışına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru