Sabunçuda dəhşətli qəza — Penitensiar Xidmətin əməkdaşı öldü

9-08-2018, 11:12           
Sabunçuda dəhşətli qəza — Penitensiar Xidmətin əməkdaşı öldü
Hadisə avqust ayının 8-də Balaxanı qəsəbəsində qeydə alınıb.
“Ölkə.Az”ın məlumatına görə, Kamran Sabir oğlu Muradovun idarə etdiyi “Tofaş” markalı avtomobil yüksək sürətlə gələrək yolun qırağında dayanan Penitensiar Xidmətə məxsus Ziya Dövlətovun idarə etdiyi 10 AO 497 dövlət qeydiyyat nişanlı “Hyundai HD” markalı avtomobilə dəyib. Nəticədə hər iki sürücü ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri səylərə baxmayaraq bu gün hər iki sürücü vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

***

Dia.az-ın Report-a istinadən verdiyi xəbərinə görə, 26 yaşlı Muradov Kamran Sabir oğlu Balaxanı qəsəbəsi ərazisində idarə etdiyi "Tofaş" markalı avtomobillə divara çırpılıb.
Nəticədə avtomobil deformasiyaya uğrayıb.

Avtomobildə olan sərnişin 30 yaşlı Ziya Dövlətov və sürücü K.Muradov ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda onlar dünyasını dəyişib.

Hər iki meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru