Bakıda 31 yaşlı gənc bıçaqlandı

9-08-2018, 19:39           
Bakıda 31 yaşlı gənc bıçaqlandı
Suraxanı rayonunda 31 yaşlı gənc bıçaqlanıb.
“Ölkə.Az”ın məlumatına görə, rayonun Z.Əliyev küçəsində yaşayan 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu naməlum şəxs tərəfindən qarın boşluğuna keçən bir neçə bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı şəhər xəstəxanasına aparılıb, vəziyyəti orta-ağırdır.
Faktla əlaqədar Suraxanı RPİ-nin İstintaq Şöbəsində cinayət məcəlləsinin 126.1 ( qəsdən bədənə ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən olunaraq tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru