Avstraliya çimərliyində 25 milyon il yaşı olan köpək balığının dişləri tapılıb - FOTO

10-08-2018, 06:26           
Avstraliya çimərliyində 25 milyon il yaşı olan köpək balığının dişləri tapılıb - FOTO
Həvəskar paleontoloq Filipp Mallali Avstraliyanın Yan-Cuke bölgəsindəki çimərliklərdən birində tarixdən qabaqkı vaxtlara aid meqa köpək balığının dişlərini tapıb

"Report" "Phys.org" nəşrinə istinadən xəbər verir ki, nəsli kəsilmiş yırtıcı yer üzündə təqribən 25 milyon il əvvəl mövcud olub.

"Mən çimərlik boyu daşlaşmış heyvan və ya bitki qalığı axtarırdım, arxaya döndüm və qaya parçası üzərində dişin bir hissəsini gördüm…Mən bildim ki, bu, mühüm tapıntıdır və onu insanlarla bölüşmək lazımdır", - deyə o bildirib.

Ekspertlərin sözlərinə görə, aşkar edilmiş 7 santimetrlik diş həqiqətən köpək balığına məxsusdur. O, ölçüsünə görə, hazırda mövcud olan köpək balıqlarının dişlərindən təqribən iki dəfə böyükdür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru