İkinci Dünya Müharibəsi zamanı Almaniyaya atılan bombaların 10 %-i partlamayıb. AzEuroNews.com xəbər verir ki, onlar çoxu hələ də yerin altındadır. Hər il Almaniyada təxminən 5 mindən çox partlamamış bomba tapılır.
Bəzilərinin təsir gücü böyük olduğundan ətrafda yaşayanlar evakuasiya edilir. İndiyə kimi ən böyük təxliyə keçən il Hannover şəhərində tapılan bomba zamanı olub. Bombanı zərərsizləşdirmək üçün ərazidə yaşayan 50 min sakin təxliyə edilib.