Göygöldə dəhşət: 17 yaşlı oğul atasını baltaladı

16-09-2018, 11:22           
Göygöldə dəhşət: 17 yaşlı oğul atasını baltaladı
Göygöl rayonunda qətl hadisəsi törədilib.

Report-un məlumatına görə, hadisə gecə saatlarında rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Həmin kəndə yaşayan Daşkəsən rayon sakini, 2001-ci il təvəllüdlü Eşqin Ramil oğlu Quluyev ailə münaqişəsi zəminində atası, 1980-ci il təvəllüdlü Ramil İsa oğlu Quluyevi balta və bıçaqla qətlə yetirib.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru