Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi — TƏFƏRRÜAT

17-09-2018, 17:52           
Azərbaycanda ər arvadını və onun məşuqunu güllələdi — TƏFƏRRÜAT
Şamaxı rayonunun Pirbəhli kəndində baş verən hadisənin təfərrüatı məlum olub.
Dia.az-ın oxu.az-a istinadən məlumata görə, cinayət hadisəsi xəyanətə görə baş verib.

Şamaxı rayonu, Pirbəhli kənd sakini İbrahimov Əmrah İbrahim oğlu evə gələn zaman həyat yoldaşını qohumu ilə birlikdə tutub. O, daha sonra ov tüfəngi ilə arvadı, 1982-ci il təvəllüdlü İbrahimova Mixək Xanulduz qızını qarın nahiyəsindən, sevgilisi, Quba rayon Xaltan kənd sakini, 1991-ci il təvəllüdlü Mövlamov Şirinbala Səftər oğlunu isə ağzından vurub.

Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib.
M.İbrahimova xəstəxananın cərrahiyyə şöbəsi yerləşdirilib. Onun vəziyyəti ağırdır.

İbrahimov Əmrah İbrahim oğlu polis şöbəsinə gələrək, könüllü təslim olub.

Qeyd edək ki, bundan əvvəl Ə.İbrahimovun həyat yoldaşını güllələdikdən sonra intihar etdiyi bildirilirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru