Bakının nəqliyyat sistemində vacib yenilik – Təzə kameralar nəyi çəkəcək?

17-09-2018, 18:15           
Bakının nəqliyyat sistemində vacib yenilik – Təzə kameralar nəyi çəkəcək?
Bakıda minik avtomobillərinin, xüsusi ilə taksilərin avtobus dayanacaqlarının ərazisini zəbt etməsi adi hal alıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus daşıyıcılarının və sərnişinlərin ciddi narahatlığına səbəb olan bu məsələni birdəfəlik həll etmək üçün tədbirlər planı hazırlayıb. Belə ki, yaxın vaxtlarda Bakının mərkəzi hissələrindəki bütün avtobus dayanacaqlarında yeni müşahidə kameraları quraşdırılacaq və bu kameralar dayanacaqların ərazisini zəbt edən avtomobilləri çəkərək elektron protokollar tərtib edəcək.

Bildirilir ki, dayanacaqların ərazisini zəbt edən maşınların sürücülərinin kütləvi cərimələnməsi bu məsələnin aradan qaldırılmasında böyük rol oynayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru