Təfəkkür rektorunu bitirəcək gizli çəkiliş yayılıb-VİDEO
9-10-2015, 23:22
Təfəkkür Universitetinin iki gün əvvəl Almaniyada İnterpol tərəfindən saxlanılan keçmiş müəllimi Riyad Əliyev bu gün əvvəllər işlədiyi təhsil ocağının rektoru ilə bağlı video yayıb
TEREF.İNFO xəbər verir ki, Criminal.az-a daxil olan videoda Təfəkkül Universitetinin prorektoru Rahim Hüseynovun köməkçisi Ceyhun Atakişiyevlə söhbət gizli kameraya çəkilib.
R.Əliyev video haqda yazıb ki, Ceyhun Atakişiyev universitetin rektoru Müşfiq Atakişiyevin cinayətlərini açıqladı. Videoda universitetdə aparılan tələbə köçürmələrində alınan pullar, onların kimlərə çatması, yüksək vəzifəli məmurların adları çəkilir. Bundan başqa universitetdə gedən həbslərdən söhbət açılır.
Xatırladaq ki, R.Əliyev iki gün əvvəl İnterpol tərəfindən saxlanılmışdı. O, bir neçə saat sonra sərbəst buraxılmışdı. R.Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il mayın 5-dən İnterpolda axtarışda idi. R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. R.Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib.
Lakin Təfəkkül Universiteti Kiyev filialının olmadında israrlıdır və R.Əliyevi dələduz kimi qələmə verir.
[media=https://www.youtube.com/watch?v=xp5UnEE58QQ]