Xaləddin İsgəndərovun QƏFİL ZÜHURU... - Və yaxud keçmiş başçının yersiz nostaljisi...
30-10-2018, 16:42
Bir-neçə gün öncə, yəni sözügedən məşhur müsahibə yayımlananda bu suala cavab vermək bir az çətin görünürdü. Lakin dünən Bakı şəhər İcra Hakimiyyətinin başçı əvəzi cənab Eldar Əzizovun Binəqədi rayonunda qanunsuz tikililərlə bağlı yoxlatdırma başlatması xəbəri suallara cavab verilməsi ilə bağlı ehtimallar irəli sürməyə imkan yaradır. Çünki Binəqədi rayon sakini olan, yaxud bu ərazidə qohumları, tanışları yaşayan hər bir şəxs Xaləddin İsgəndərovun sözügedən ərazi vahidində nə oyunlardan çıxıdığını yaxşı bilir.
Xatırladaq ki, Xaləddin İsgəndərov Binəqdi icra baçısı vəzifəsinə gələr-gəlməz Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədova yaxınlığı ilə tanınan, YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilovu işdən uzaqlaşdırdı. Köhnə başçının, yəni MM sədri Oqtay Əsədovun Qudası Alı Alıyevin bütün kadrlarını İH aparatından təmizlədi. Təbii ki, X. İsgənədərovun nə Əli Əhmədovu, nə də Oqtay Əsədovu qarşısına almağa gücü və cəsarəti çatmazdı. O bu cəsarəti qaynı, vergilər naziri Fazil Məmmədovdan alırdı.
Məhz o zaman Xaləddin İsgəndərov qılıncının dalı da qabağı da kəsən Fazil Məmmədova arxalanaraq köhnə Binəqədiyə yeni nırxlar qoymağa başladı. Təsəvvür edin ki, Binəqədidə kimsə evinin ikinci mərtəbəsini qaldırmaq istəyirdisə, hökmən Xaləddin İsgəndərova 10 000 azn rüşvət verməli idi. Bu məsələdə heç kimə güzəşt yox idi. Hətta Binəqədi rayonundan deputat seçilmiş, rayonda xüsusi hörmət sahibi olan Madər Musayevin yaxın qohumlarına belə güzəşt etmirdi.
Bina evlərinin birinci mərtəbəsini ticarət obyektinə çevirmək üçün küçəyə qapı açmağın qiyməti 30 000 azn idi. Məhz Xaləddin İsgəndərovun Binəqədiyə gəlişindən sonra rayonda qanunsuz tikililərin inşaatlı geniş vüsət aldı. İcra Hakimiyyətinə verilən rüşvətin qarşılığında kim necə gəldi, harada gəldi tikinti işi ilə məşğul olurdu.
Binəqədi kəndində neft şirkətinin balansında olan ərazilərdə məhz Xaləddin İsgəndərovun dövründə xeyli torpaq sahələri qeyri-qanuni zəbt olaraq evlər tikilmişdi. Təbii ki, Xaləddin İsgəndərovun “göz yumması” sayəsində...
Qanunsuz tikililərdə yaşayan sakinləri isə həmin evlərdən çıxarmaq ciddi vətəndaş narazılığına gətirib çıxarırdı. Dolayısı ilə Xaləddin İsgəndərov ciblərinin doldurulması hesabına dövlət-vətəndaş qarşıdurmasına şərait yaradır, sakinləri ölkə rəhbərliyindən narazı salırdı.
Məsələnin çox maraqlı və təəccüblü tərəfi isə o idi ki, bu işlərin həyata keçirilməsinə icra hakimiyyəti başçısına YAP Binəqədi təşkilatının sədri, İH-da şöbə müdiri Ramiz Göyüşov əsas rol oynayırdı. Təsəvvür edin ki, hakim partiyanın yerli nümayəndəsi vətəndaşı iqtidar təşkilatından narazı salınmasında icra başçısı ilə əlbir olurdu. Hətta ortada dəllaıq da edirdi.
Xaləddin İsgəndərov məhz bu yolla topladığı sərvətin mühafizəsi üçün evində özəl, silahlı qoruma saxlayırdı. Onun evinə gələn adam hökmən həyətin girişindəki mühafizə postuna yaxınlaşıb şəxsiyyət vəsiqəsini təqdim etməli və qeydiyyata alınmalı idi. Yəqin Binəqədi rayonundakı milyonluq villasının darvazasının da gülləkeçirməz poladdan olmasının səbəbi də sərvət qorxusu imiş. İndi isə yoxlamalar nəticəsində bütün bu sərvət əldən çıxa bilər.
Dövlətin mühafizə xidməti təkcə cənab İsgəndərovun evini gecə-gendüz qorumurdu. Həmçinin onun ailə üzvləri də mühafizəçilərin eskortu altında hərəkət edirdilər. Həm də Xaləddin İsgəndərovun ailə üzvlərini bir maşın deyil, bir neçə maşın müşaiyyət edirdi. Hər bir ailə üzvünün mindiyi maşının qiymətindən isə danı.mağa dəyməz. Maşınlar göz qamaşdırır, adamın ağlını yerindən oynadırdı.
Xaləddin İsgəndərovun Bakıdakı villarının sayının isə ondan artıq olduğu bəllidir. Təkcə Yasamaldakı villasında 12 xidmətçi çalışırdı. Bunu həmin villada xidmətçi olaraq çalışan qadın bu sətirlərin müəllifinə deyib. Hər bir xidmətçiyə isə Xaləddin İsgəndərov 1000 manatdan artıq maaş verirmiş və sözün düzü o xanın xidmətçi Xaləddin müəllimi tərifləməkdən dil boğaza qoymurdu...
İndi bildinizmi, cənab İsgəndərovun qəfil, yuxu görübmüş kimi mediaya çıxaraq “Prezidentin etimadını doğrultmadım” deməsinin səbəbini? Bəli cənab İsgəndərov prezidentin etimadını doğrultmadı. Ancaq məncə o buna görə vicdan ağrısı çəkmir. Çünki vicdanı dövlətin və xalqın milyonlarını talayıb özünə topdağıtmaz sərvət toplayanda, özü və ailə üzvləri ərəb kral ailəsinin üzvü kimi davrananda ağrımalıydı. Sadəcə Xaləddin İsgəndoruvun qorxudan bağrı çatlayır və bu qorxu da instiktiv davranmağa məcbur edir....
P. S. Bütün bunlar bizim bildiklərimizdir, yəni gerçəklərin 1%-i...
MilliYol.az