Mahir Abbaszadə seçkini belə başa düşürmüş...

12-10-2015, 21:57           
Mahir Abbaszadə seçkini belə başa düşürmüş...
121 saylı Laçın seçki dairəsindən namizəd - “Zaminbank”-ın Gənlik filialının müdiri Mahir Abbaszadə seçiciləri ələ almaq üçün kassanın ağzını açıb.

TEREF.İNFO xəbər verir ki, hakim partiyanın namizədi özünü seçicilərinə sədəqə paylayırmış kimi aparır.
AzFakt.com-a Laçın sakinlərinin verdiyi məlumata görə Mahir Abbaszadə Laçın qaçqınlarının yaşadığı bəzi obalarda seçicilərlə görüşüb. Görüş zamanı “Zaminbank”-ın Gənclik filialının müdiri oba sakinlərinin bəzilərinə ərzaq, pul verib.
Hakim partiyanın namizədi seçicilərinə açqı deyib ki, “Onsuzda bu dairəinin deputatı mənəm, səs versəniz də verməsəniz də seçkinin qalibi mən olacam. Amma yenə də Allah naminə bu yardımı edirəm”.
Daha sonra sözələrinə davam edən namizəd qeyd edib ki, “Bu hədiyyələri sizlərə rüşvət adı ilə yox, sadəcə bir yerli kimi, Laçın camaatını sevən, onlar üçün çalışan biri olaraq sizlərə kömək üçün verirəm”.
Qeyd edək ki, 121 saylı Laçın seçki dairəsindən Mahir Abbaszadənin 6 rəqibi var və onların hamısı bitərəf olaraq seçkiyə qatılıblar.
Hazırkı dairədə icra hakimiyyətinin və şəxsən Akif Səlimovun dəstəyi ilə Mahir Ababszadənin mandat əldə "edəcəyi" deyilir.
Mövzuya qayıdacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru