Apteklərdəki qiymət fərqinə son qoyulmadı-FOTO,VIDEO
14-10-2015, 21:18

Bir neçə gündür paytaxtdakı apteklərdə aşkar olunan ciddi nöqsanlarla bağlı qafqaznews.az saytı maraqlı reportajlar dərc edir. Dünən əməkdaşlarımız Bakı sakininin redaksiyamıza müraciəti əsasında Yasamal rayonu, H.Zərdabi küçəsi, 89 ünvanda yerləşən “Avis” tibbi market aptektində və eyni ünvanda qonşuluqda yerləşən “24 saat” aptekində olublar. Əməkdaşlarımız vətəndaşın redaksiyaya təqdim etdiyi videoçəkilişin əsasında həmin apteklərin satıcılarına bir neçə sualla müraciət ediblər.
Qısa məlumat üçün bildirək ki, şikayətçi vətəndaş əvvəlcə “Avis” tibbi marketə baş çəkərək Condrotide adlı dərmanın qiymətinin 209 manat olduğunu öyrənib. Sonra isə qonşuluqda yerləşən “24 saat” aptekindən həmin dərmanın qiymətinin 150 manat olduğunu öyrənib. Alıcı haqlı olaraq soruşur ki, eyni dərmanın qiymətləri



