İsmayıllıda milyonçu müdir, nazirin adamı, yaxud onu MTN- ə bağlayan maraq
24-10-2015, 21:34
Söhbət açacağım məmur İsmayıllıda yerləşən 10-saylı yol istismarı idarəsinin müdiri Məhəmməd Musayevdir. Bu bu idarədə müdir işləyir. Rayonda müdirin vəzifəyə gəlməmişdən əvvəl necə çətin yaşadığını nəql edənlər bildirirlər ki,uzun illər ərzində bu idarəni şəxsi mülkü kimi istismar edərək böyük imkanlar sahibinə çevrilib.
Əslində mən hörmətli Məhəmməd müəllimdə günah görmürəm.Axı onun naziri Ziya Məmmədovunda nə işlə məşğul olduğu dəqiq bilinmir. Məhəmməd Musayev Ziya Məmmədovla çox yaxın olan birisidir. İsmayıllıda hamı onun nazirin adamı olduğunu bilir və danışır. İlham Əliyev dəfələrlə məmurlara xitabən deyib ki, məndən nümunə götürün. Mən xalqın bir nömrəli xidmətçisiyəm. Bəs siz kimsiniz Məhəmməd müəllim? Niyə xalqa xidmət etmirsiniz?
Əldə etdiyiniz milyonlar,dəyəri yüz milyonlarla ölçülən daşınmaz əmlakları nə ilə, hansı vəsaitlərlə əldə etmişsiniz? Əcaba belə olan halda hörmətli Məhəmməd müəllimin niyə 50 milyon pulu olmasın? Axı o da cənab nazirindən nümunə götürür. Axı Məhəmməd müəllim ideal Yap-çıdır. Axı Məhəmməd müəllim yollara yamaq vurmasa, idarənin texnikasını şəxsi adamların işləri üçün gündəlik ödənişlə istismara verməsə bu qədər pulu hardan əldə etmiş olardı?
Axı Məhəmməd müəllim yolları keyfiyyətli təmir edib, keyfiyyətli asfalt döşəsə bu yollar aşağısı 8-10 il dağılmayacaq. Belə olan halda pulu necə siləcək? Ondansa yollara keyfiyyətsiz asfalt döşəyir, 3-5 aydan sonra dağılmış yollara yenidən büdcədən vəsait ayırır və 350 min manata obyekt alır, özünə, kürəkəninə bahalı avtomobil alır, Siyəzəndə balıqçılıq təsərrüfatı yaradır, Bakıda və sair yerlərdə dəyəri milyonlarla ölçülən daşınmaz əmlaka yiyələnir.
Görürsünüz, günümüzdə belə adamlara fərasətli adam deyirlər. Deməli kim ki,dövlətin büdcəsini talayır,onu qəhraman kimi qəbul edirlər. Onsuz da ölkəmizdə qanunların işləməməsi hər birimizə gün kimi aydındır.Hər birimiz bilirik ki, ölkə hüququ iflic vəziyyətdədir. Hər birimiz bilirik ki,ölkənin hüquq-mühafizə orqanları xirtdəyə kimi rüşvət, korrupsiya çirkabının içərisindədir.
Hər birimizə məlumdur ki, ölkədə məhkəmələr müstəqil deyil. Bu məmləkətdə məhkəmələr hakimiyyətin əlində dəyənək funksiyasını yerinə yetirir. Əgər belə olmasaydı Məhəmməd Musayev kimilərinə dur deyən olardı. Əgər bu baş verməyibsə deməli hörmətli müdir əldə etdiyi vəsaitləri tək həzm rabedən keçirmir. Əslində ölkəmizdə belə halların baş verməsi artıq təbii qarşılanır.
Dünyanın heç harasında bizdəki kimi rüşvətə meyllilik yoxdur. Hansı kabinetə gedirsənsə başda dövlət başçısının portreti, dövlət bayrağı, məmur stolunun üzərində müqəddəs quran kitabı var. Amma.....
İsmayıllının keçmiş MTN rəisi,sabiq nazir Eldar Mahmudovun kadrı Aydın Piriyevin də kabineti belə formada idi. Aydın müəllim həmişə deyirdi ki, o, hər gün quran kitabından bir neçə surə oxuyur ki, şeytan əməlindən uzaq olsun.Ancaq vaxtı ilə Aydın müəllim və müdir Məhəmməd Musayevin dostluğu müdirin oğlunun MTN-nin akademiyasına düzəlməsi ilə nəticələndi.
Biz bunun əleyhinə deyilik, Allah hamının işini uğurlu etsin. Ancaq demək istəyirəm ki, çox şeşələnməyin. Sizlər rüşvəti prezidentin portreti altında alıb sonradan qurana and içirsiniz ki,bizlər işimizə vicdanla yanaşırıq. Bir gün prezidentin uzun əli sizə çatacaq. Arxayın olun!
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
Dosye.org